Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilən “Azərbaycanın gənc rəssamları” müsabiqəsinə yekun vurulub. Rusiya İncəsənət akademiyasının vitse-prezidenti, Azərbaycanın xalq rəssamı Tahir Salahov qalibləri təbrik edib. O, gənclərin istedadlarını üzə çıxarmaq üçün yeni imkanlar açan bu cür tədbirlərdə iştirakının vacibliyini qeyd edib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü hər iki ölkədə yüksək səviyyədə geniş qeyd olunur. Səfir həmçinin RİMM-in ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi nnaminə müxtəlif tədbirlərin keçirilməsi üçün məşhur meydança olduğunu məmnunluqla qeyd edib. . RİMM-in zalı təsviri və dekorativ-tətbiqi incəsənət sahəsində gənc Azərbaycan rəssamlarının işləri ilə bəzədilib. Festivalın nəticələrinə görə, münsiflər heyəti müxtəlif nominasiyalarda 6 qalibi müəyyən edib, onlara fəxri fərmanlar və qiymətli mükafatları təqdim olunub.