Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev Böyük Britaniyanın “EMEA Finance” jurnalı tərəfindən “2011-ci ilin yekunlarına görə Mərkəzi və Şərqi Avropa və MDB-də ən yaxşı İdarə Heyətinin sədri (CEO)” nominasiyasında “İlin rəhbəri” mükafatına layiq görülüb. Bu barədə bankdan məlumat verilib.
Avropanın iri banklarının rəhbərlərinin nominantı olduğu mükafat jurnal tərəfindən təqdim edilən ən yüksəklərdən biridir.
Mükafatlandırma mərasimi bir gün öncə Londonda keçirilib.
Bundan başqa, ABB ardıcıl dörd ildir “EMEA Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına layiq görülür.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.