Maliyyə naziri Samir Şərifov 22-24 may tarixlərində keçiriləcək V Astana İqtisadi Forumunda iştirak edəcək. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bundan başqa, S.Şərifov forum çərçivəsində mayın 23-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvü olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin 6-cı iclasına da qatılacaq.
“İclasda MDB üzvü olan ölkələrin maliyyə və iqtisadi vəziyyəti, dövlətlərin Maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planı, cari qlobal qeyri-sabitlik fonunda maliyyə riskləri və digər məsələlər müzakirə olunacaq”, - deyə məlumatda qeyd edilir.