“Atəşgah” sığorta şirkəti “Birləşən körpülər” sərgisində nümayiş olunan rəsmləri $1 mln. məbləğində sığorta edib. Bu barədə şirkətdən məlumat verilib.
Sərginin təşkilatçısı Azərbaycanın müasir incəsənətinin təbliğatı ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatıdır.
Ümumilikdə, “Atəşgah” sığorta şirkəti Sara Lukas, Olimpia Skarri, Nil Klements, Corc Yanq, Enni Morris və s. kimi məşhur müəlliflərin 13 rəsm əsərlərini sığorta edib.
“Birləşən körpülər” sərgisi 2012-ci il mayın 15-dən iyunun 15-dək Bakı Müasir İncəsənət Muzeyində keçirilir.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3,699 mln. manata bərabərdir. Onun səhmdarları “I.S.R. Holding Ltd”, Azərbaycan Dövlət Neft Şirkəti və “RAN-Eksim” şirkətidir.
2012-ci il yanvar-mart aylarında şirkətin sığorta haqlarının yğımı 7 mln. 260,3 min manta, ödənişləri – 1 mln. 557,4 min manta təşkil edib.