Gürcüstan və Azərbaycanın Dövlət Sərhəd Xidmətlərinin başçıları Zaza Qoqava və Elçin Quliyev iki ölkənin prezidentlərinin tapşırığı David Qareci monastır kompleksi ətrafında problemlərə dair danışıqlar aparıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin informasiya və analitika departamentinin rəhbəri Şota Utiaşvilinin jurnalistlərə verdiyi məlumata görə, “tərəflər Azərbaycan sərhədçilərinin mayın 6-dək tutduqları mövqelərə qayıdacaqları barədə razılığa gəliblər. Gürcüstan tərəfi monastırın Azərbaycan hissəsini ziyarət edəcək vətəndaşlarının Azərbaycan ərazilərinin içərisinə doğru hərəkət etməyəcəyi barədə öhdəlik götürüb”.
Tərəflər birgə əməkdaşlığa hazır və sərhəd məsələlərinə dair əməkdaşlığa sadiq olduqlarını ifadə ediblər.
Mayın 20-də Nyu-Yorkda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bəyan edib ki, Gürcüstan yaxın zamanda David Qareci ilə əlaqədar sərhədin bir hissəsinə dair birgə delimitasiya komissiyanın iclasının keçirilməsi barədə Azərbaycana xahişlə müraciət edəcək.