Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrəTədqiqat Mərkəzi avadanlıq almaq üçün tender élan edib.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə nazirlikdən bildirilib.
Bu avadanlıqlar Mərkəzin işini təmin etməlidir.
Tendertdə iştirak etmək üçün dövlət rüsumu 200 manat təşkil edir.
Qaliblərin qiymətləndirilməsində aşağıdakı meyarlar nəzərə alınacaq:standartlara uyğunluq, uyğunluq sertifikatı və zəmanət , texniki şərtlərin tam yerinə yetirilməsi
Tender üzrə təkliflər iyulun 4-nə qədər qəbul ediləcək.Tender təkliflərinin qiymətləndirilməsi iyulun 6-da keçiriləcək.