Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin iştirakçılarının təhlükəsizliyin təmin olunması üçün bütün tədbirləri həyata keçirir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.
“Bu günlərdə Azərbaycanda çox əhəmiyyətli və vacib tədbir keçirilir. Ölkəyə təxminən 20 min turist və “Eurovision”u işıqlandırmağı arzu edən xarici mətbuat nümayəndələri gəlib, turistlərin sayı hələ artacaq. Biz “Eurovision”un bütün qonaqlarının təhlükəsizliyinə zəmanət veririk”, - deyə Ə.Həsənov bazar ertəsi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, dünyada heç bir ölkə terrorizmdən tamamilə qorunmuş hesab edilə bilməz, lakin Azərbaycan hakimiyyəti ölkədə intizamı qorumaq üzrə maksimal tədbirlər həyata keçirir.
“Azərbaycanın rəhbərliyi xarici vətəndaşların təhlükəsizliyin təmin olunması üçün lazım olanı edir və bu məqsədlə qabaqcadan tədbirlər qəbul edir”, - deyə o qeyd edib.
Azərbaycanda insanın hüquqlarının pozulması barədə qərb mətbuatının tənqidinə toxunaraq Ə.Həsənov onun əsassız olduğunu bəyan edib və vurğulayıb ki, ölkədə söz azadlığının təminatı üçün bütün şərait yaradılıb.
Bu həftə Bakıda “Eurovision” müsabiqəsinin iki yarımfinal və final mərhələləri keçiriləcək. Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda Eldar Qasımov və Nigar Camal duetinin qələbəsindən bu müsabiqəni Azərbaycanda qəbul etmək hüququ əldə edib.