Azərbaycan nümayəndə heyətı Kvebekə (Kanada) yola düşüb. Burada mayın 23-də 2020-ci il Yay Olimpiya və Parolimpiya oyunlarının keçirilməsinə namizəd şəhərlərin siyahısı elan ediləcək.Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Biz ümid edirik ki, 2020-ci il Olimpiya oyunlarının keçirilməsi üçün rəsmi namizədlik hüququ qazanacağıq.Beynəlxaql Olimpiya Komitəsinə təqdim etdiyimiz sifariş kitabı göstərdi ki, Bakı ləyiqli və güclü namizəddir.Biz oyunları yüksək səviyyədə təşkil edə biləcəyimizi nümayiş etdirmək istəyirik”.- deyə nazirliyin mətbuat xidməti Azad Rəhimova istinadən bildirib.
Nümayəndə heyətinin tərkibinə baş nazirin müavini ,Bakı - 2020 Təşkilat Komitəsinin başçısı Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə və Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildir.
Bakıyla yanaşı Madrid, Doha,İstanbul və Tokio şəhərləri də 2020 -Yay Olimpiya Oyunlarının keçirilməsinə namizəddirlər.