Azərbaycan Dovlət Statistika Komitəsi və Rusiyanın Dovlət Statistika Federal Xidməti statistika sahəsində əməkdaşlıq üzrə razılıqları təkrar müzakirə edəcəklər. Bu barədə Dovlət Statistika Komitəsinin məlumatında bildirilir.
“Bu razılıq 16-17 may tarixlərində Bakıda keçirilən Azərbaycan Dovlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Rusiyanın Dovlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov arasında danışıqlar zamanı əldə olunub”, - deyə məlumatda qeyd olunur.
Danışıqların məqsədi Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaslığın movcud vəziyyəti və gələcək inkisafının muzakirəsi olub.
A.Vəliyev Azərbaycan və Rusiyanın statistika orqanlarının isində qarsılıqlı fəaliyyətlərin gedisini və nəticələrini umumilikdə musbət qiymətləndirib, bu əməkdaslığın daha da inkisaf etdirilməsinin vacibliyini qeyd edib.
A.Surinov öz növbəsində vurğulayıb ki, iki struktur arasında əməkdaşlığın genisləndirilməsində maraqlar qarsılıqlı xarakter dasıyır
Məlumatda qeyd olunur ki, Azərbaycan Dovlət Statistika Komitəsi ilə Rusiyanın Dovlət Statistika Federal Xidməti arasında qarsılıqlı fəaliyyət 2001-ci ildə imzalanan statistika sahəsində əməkdaslıq haqqında Razılasmaya əsasən həyata kecirilir.
Danısıqlar zamanı tərəflər statistic nəsrlərin dərc olunması, statistic metodologiyanın və məlumatların mubadiləsi istiqamətində birgə qarsılıqlı fəaliyyətin gucləndirilməsini qeyd ediblər.
“Tərəflərin fikrincə, əməkdaslığı statistika fəaliyyətinin təskili sahəsində əsas yanasmaların unifikasiyasına və metodoloji prinsiplərin uyğunlasdırılmasına yonəltmək lazımdır ki, bu da gələcəkdə Rusiya ilə Azərbaycan arasında hokumətlərarası əməkdaslığa informasiya dəstəyi ucun genis imkan yaradacaq”, - deyə məlumatda bildirilir. .
Danışıqların yekununda Danısıqlar Protokolu imzalanıb. Bundan başqa, ikitərəfli əlaqələrin inkisafını və əməkdaslığın yeni prioritetlərini nəzərə alaraq, tərəflər statistika sahəsində əməkdaslıq barədə yenilənmis Razılasmaların imzalanması barədə razılığa gəliblər.