“ABB-Gürcüstan” Bankının (Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu, ABB) 2012-ci il aprelin 1-nə aktivləri 92,5 mln. lariyə qədər təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 82,4% çoxdur. Bu barədə ABB-dan məlumat verilib.
İl ərzində bankın kredit portfeli 2 dəfə - 75,5 mln. lariyə qədər artıb.
Bankın məlumatına görə, müştərilərin sayının artması tendensiyası qorunub. Belə ki, bankın hüququi və fiziki şəxs olan müştərilərin sayı 2012-ci il aprelin 1-nə 1 308 təşkil edib (il ərzində artım 63,5%).
Bankın depozit portfeli 2,1 dəfə artaraq 47,4 mln. lari təşkil edib.
Cari ilin aprelin 1-nə bankın nizamnamə kapitalı 22,7 mln. lari təşkil edib (dəyişilməyib).
“Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” SC 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib. 2007-ci ilin fevralında Gürcüstan Milli Bankı “ABB-Gürcüstan”a bank əməliyyatlarını həyata keçirməsi üçün lisenziya verib.
Bankın səhmdarları “Azərbaycan Beynəlxalq Bankı” (75%), “Azərbaycan Sənaye Bankı” ASC (12,5%), fiziki şəxsdir (12,5%).