SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işlərini başa çatdırıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Yenidənqurma işləri qaz kəmərinin 65-69-cu kilometrlik hissəsində aparılıb.
Bundan başqa, qaz kəmərinin 75-ci və 283-cü kilometrliklərində kranlar dəyişdirilib.
Uzunluğu 378,4 kilometr olan 1220/1020 mm-lik Hacıqabul-Qazax magistral qaz kəməri 1979-cu ildə istifadəyə verilib. Bu kəmər vasitəsi ilə Mingəçevir Su Elektrik Stansiyası təbii qazla təchiz olunur, həmçinin Gürcüstan Respublikasına sutkada 2,5-4,5 milyon kubmetr həcmində “mavi yanacaq” ixrac olunur.