İran özünün Azərbaycan əleyhinə hərəkətləri ilə ölkənin daxili işlərinə müdaxilə edir. Bu barədə müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, deputat Qüdrət Həsənquliyev bəyan edib.
“Iranin səfirini geri çağırdığı barədə məlumat var (Bakıdakı – İF-Az.). Lakin, hesab edirəm ki, İranın səfirini burden qovmaq lazım idi”, - deyə Q.Həsənquliyev çərşəınbə axşamı Milli Məclisin iclasında bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan əleyhinə bəyanatlarla çıxış edən İranın dini lideri Xomeyni “bir zamanlar Fransada sığınacaq tapıb”. “Nə üçün o (Xomeyni – İF-Az) müslman dövlətlərində deyil, “Eurovision”un təşkilatçı ölkələrindən biri olan Fransada sığınacaq tapıb”, - deyə Q.Həsənquliyev qeyd edib.
Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı öz tərəfindən İranda Azərbaycan əleyhinə aksiyaların təşkilatçılarını kəskin tənqid edib. “İran İslam Respublikasının adında “islam” sözü var və buna görə Azərbaycan ərazilərini işğal edən Ermənistanla əməkdaşlıq etməməli idi. Bu səbəbdən İranın səfirliyi (Bakıdakı – İF-Az) qarşısında Azərbaycan gənclərinin keçirdiyi etiraz aksiyaları məntiqidir. Təbriz, Tehran, Ərdəbildə bir neçə dini xadimlərin Azərbaycan əleyhinə çıxışları yalnız Azərbaycan-İran münasibətlərinə deyil, həm də İranın özünə zərər vurur”, - deyə M.Qurbanlı bəyan edib.
Deputat Azay Quliyev öz növbəsində qeyd edib ki, İran tərəfi Azərbaycan əleyhinə kampaniyalarda bu ölkədə yaşayan azərbaycanlılardan istifadə etmək istəyir. “Bütün bunlar, ilk növbədə, İranın özünə zərər gətirəcək”, - deyə o bildirib.