İranda keçirilən Azərbaycan əleyhinə əksəriyyət aksiyaların əsasında Ermənistan durur. Bu barədə Milli Məclisin (parlamentin) spikeri Oqtay Əsədov bəyan edib.
“Mən şəxsən Azərbaycan əleyhinə əksəriyyət kampaniyaların əsasında erməniləri və erməni lobbisini görürəm”, - deyə O.Əsədov çərşənbə axşamı parlamentin iclasında bildirib.
“Iranda bu Azərbaycan əleyhinə kampaniyanın ssenarisi Ermənistanda yazılır. Belə ki, erməni mətbuatında bu kampaniya barədə məlumatlar daha da bəzənən şəkildə təqdim olunur”, - deyə Azərbaycan parlamentinin spikeri əlavə edib.
Bununla yanaşı, spiker İran tərəfinin keçirdiyi Azərbaycan əleyhinə kampaniyanın tənqidində parlament üzvlərini etikanı qorumağa çağırıb. “İran böyük dövlətdir və biz İranın Azərbaycan əleyhinə kampaniya keçirən bəzi dairələrinin səviyyəsinə enməməliyik”, - deyə O.Əsədov bildirib.