Milli Məclis (parlament) bir neçə dövlətlərarası və hökümətlərarsı sazişi ratifikasiya edib.
“Interfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin çərşənbə axşamı keçirilən plenar iclasından verdiyi məlumata görə, Milli Məclis Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsini təsdiq edib.
Milli Məclis həmçinin “Azərbaycan Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” və “Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişləri təsdiq edib.