”Interfaks -Azərbaycan”agentliyinin regional bürosunun verdiyi məlumata əsasən Gədəbəy rayonunda güclü yağıntı kənd təsərrüfatına ziyan vurub
“Mayın 20-də Gədəbəyə 20 dəqiqə ərzində leysanla müşayiət olunan dolu rayonun Dəyirmandağ, Qurudərə və Şəkərbəy kəndlərində əkin sahələrinə ziyan vurub. Əsasən kartof əkinlərinə ziyan dəyib”,- deyə Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elxan Əliyev bildirib.
Yağıntılar elektik xətlərini, yolları sıradan çıxarıb,çayların üstündəki körpüləri dağıdıb,
“Gədəbəy rayon İcra Hakimiyyətində təbii fəlakətlə bağlı komissiya yaradılıb. Sakinlərə dəyən ziyanla bağlı aidiyyati dövlət qurumlarına məlumat verilib” – deyə E. Əliyev əlavə edib.
Son günlər yağışın intensiv yağması Gədəbəy rayonu ərazisindən keçən çaylarda sululuğun artmasına səbəb olub.