Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Kabinetinin 122-ci sessiyasında iştirak edəcək. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazir müavini sessiya çərçivəsində bir sıra ikitərəfli və Avropa Şurasının Baş katibi Torband Yaqlandla görüşlər keçirəcək. Görüşlər zamanı Avropa Şurasında islahatlar, insan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Avropa Şurasının Qonşuluq siyasəti məsələləri müzakirə ediləcək.