SOCAR şirkətinin “Azəriqaz”İstehsalat Birliyi Ağdam rayonunun qazlaşdırılmasını başa çatdırıb.Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti -ARDNŞ) rəsmi saytında məlumat verilir.
“Ağdam rayonunun qazlaşdırılması üzrə işlər 2008-ci ildə başlayıb və 61 yaşayış məntəqəsini,14780 xüsusi təsərrüfatı əhatə edib.2009-2010-cu illərdə bu istiqamətdə 10,5 mln. manat məbləğində tikinti quraşdırma işləri həyata keçirilib”,- deyə məlumatda bildirilir.
2010-cu ildə Ağdam rayonunda 3053 abonent, 2011-2012-ci illərdə 11326 abonent qazlaşdırılıb.
Rayonun qazlaşdırılması çərçivəsində ümumi uzunluğu 1020 km -ə bərabər olan qaz kəmərləri çəkilib ki, onun 612 km-ni plastik borular ,408 km –ni metal borularl təşkil edir.
Xəbər verildiyi kimi,SOCAR 2013-cü ilə Azərbaycanda qazlaşdırılmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.