Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə keçiriləcək Olimpiadaya ev sahibliyinə namizədlər sırasına Bakı və Dohanı daxil etməyib.
BOK-un Icraiyyə Komitəsi namizəd-şəhərlərin siyahısına İstanbul, Tokio və Madridi daxil edib.
Yay Olimpiya oyunlarının keçiriləcəyi yerin təyin edilməsinə dair son səsvermə 2013-cü il sentyabrın 7-də Buyenos-Ayresdə keçiriləcək.
BOK-un iclası cümə axşamı Kvebekdə (Kanada) keçirilib.