Türkiyəli solistlər may ayının 25-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Dövlət Simfonik Orkestrinin konsertində solo ifa edəcəklər .
Birinci hissədə valtorna ifaçısı Elturul Kösenin solistliyi ilə Volfanq Amadey Motsartın “Qırxıncı simfoniya” və “Orkestr və valtorna üçün konset”i səslənəcək.
İkinci hissədə 20-ci əsrin görkəmli musiqiçisi, macar bəstəkarı Bel Viktor Yanoş Bartokun”Rəqs” süitası və “Orkestr və alt üçün konsert”i səslənəcək Altda solo hissə Artemis Sis Balkırın ifasında təqdim olunacaq .
Konsertə Azərbaycanın xalq artisti,orkestrin bədii rəhbəri Rauf Abdullayev dirijorluq edəcək.