Sentyabrın 6-7-də Bakıda “Neftqazçıxarmada yeni texnologiyalar” II beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Konfrans neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neft, qaz və bitum yataqlarının işlənməsi və istismarı, qaz anbarlarının istismarı məsələlərinin müzakirəsinə həsr olunub.
Bundan başqa, konfrans çərçivəsində dərin dəniz yataqlarının sualtı istismarı təcrübəsi və inkişaf perspektivliyi, neft və qaz quyularının qazılması və tamamlanması, neftqazmədən qurğularının korroziyadan mühafizəsi ilə bağlı mövzular müzakirə olunacaq.
Tədbirin təşkilatçısı “Neftqazelmitədqiqatlayihə” İnstitutudur.