Azərbaycanın orta məktəblərində 9 və 11-ci siniflər üçün buraxılış imtahanları iyunun 2-3 –də keçiriləcək. İlk dəfə olaraq ımtahanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılacaq. TQDK sədri Məleykə Abbaszadə belə bildirib.
“34,277 min döqquzuncu sinif məzunu üçün Bakı şəhəri üzrə 68 mərkəzdə, 23,914 min 11-ci sinif məzunu üçün 53 mərkəzdə bizim tərəfimizdən imtahanlar keçiriləcək”,-deyə M.Abbaszadə cümə günü mətbuat konfransında bildirib.
“ Buraxılış imtahanlarının keçirilməsi üçün dövlət büdcəsindən TQDK-ya 900 min manat ayrılıb”,-deyərək o əlavə edib ki,”bir məzunun imtahanı dövlətə 30-40 manata başa gəlir”
TQDK sədri qeyd edib ki, məzunlar üçün suallar ali məktəblərə qəbul imtahanında təqdim edilən test suallarından əhəmiyyətli dərəcədə asan olacaq.”İmtahan sualları bizim tərəfimizdən üç dərəcəyə ayrılıb: sadə,orta çətinlikdə, çox çətin.Lakin, kafi qiymət almaq üçün məzunlardan 12-15 sadə suala cavab vermək tələb olunur”,- deyə o əlavə edib.
M.Abbaszadə bildirib ki, Təhsil Nazirliyi TQDK-ya 167 min məzunun illik qiymətlərini təqdim edib.”Onlardan 96 mini üzrə qiymətlər təsdiqlənib , qalanları üzrə iş davam edir.Bu məlumatlar buraxılış imtahanları verildikdən sonra orta balın müəyyənləşdirilməsi üçün lazımdır”,- deyə o söyləyib.
M.Abbaszadə onu da bildirib ki,onun rəhbərlik etdiyi komissiya iyulun 8-də keçən il imtahan verə bilməyən və ya üzürlü səbəbdən imtahanlarda iştirak edə bilməyən şəxslər üçün buraxılış imtahanı keçirəcək.
O əlavə edib ki, zəlzələ nəticəsində zərər görmüş regionlarda buraxılış imtahanlarından azar edilmiş məktəblər mayın 30-da elan ediləcək
Ali məktəblərə qəbul imtahanları məsələsinə toxunaraq M.Abbaszadə qeyd edib ki, dörd qrup üzrə müsabiqə fərqlənəcək.”Misal üçün dördüncü qrupda müsabiqə digər qruplara nisbətən çox sərt olacaq.Birinci ixtisas qrupunda rəqabət daha az müşahidə olunur”,- deyə o bildirib.
“ Respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə qəbulu mayın 18-də başa çatıb, birinci ixtisas qrupu üzrə 34,659 min, ikinci ixtisas qrupu üzrə 32,342 min,üçüncü ixtisas qrupu üzrə 31,661 min, dördüncü ixtisas qrupu üzrə 13,835 min abituriyent öz ərizəsini təsdiq etdirib”,- deyən M.Abbaszadə əlavə edib ki, təsdiq edilmiş ərizələrin ümumi sayı 103,497 min təşkil edir.
TQDK-ya bu il orta məktəb şagirdlərinin attestasiyası səlahiyyəti verilib.Orta məktəblərin 9 və 11-ci sinif məzunlarının attestat qiymətləri onların illik qiymətləri,test - sınaq imtahanları və buraxılış test imtahanlarının əsasında verilir.Bu il buraxılış sinif şagirdləri iki fənn üzrə - riyaziyyat və ana dilindən imtahan verəcək, eləcə də ana dili fənnindən inşa yazacaqlar.