Azərbaycan Beynəlxalq Bankı (ABB) 97 min yeni pensiya kartının verilməsini təmin edib. Bu barədə bankın məlumatında deyilir.
ABB istifadə müddəti mart ayında başa çatmış kartların əvəzinə 38,7 mindən çox, istifadə müddəti aprel ayında başa çatmış kartların əvəzinə isə 58,2 mindən çox yeni pensiya kartı verib.
Bakıda və Sumqayıtda yaşayan pensiyaçılara bank tərəfindən 87 min plastik kartın verilməsi təmin edilib. Ölkənin rayonlarında təxminən 10 min kart verilib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.