Azərbaycan Beynəlxalq Bankı (ABB) aktivlərin və məcmu kapitalın həcminə görə Britaniyanın "The Banker" jurnalının renkinqinə başçılıq edib. Bu barədə bankın məlumatında deyilir.
Qafqaz ölkələrinin banklarını və Moldovanı əhatə edən renkinq “The Banker” jurnalının may nömrəsində dərc edilib.
Cari ilin aprel ayının 1-nə olan məlumata görə, ABB-nin aktivləri 5,229 mlrd. manata çatıb.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.