Türkiyənin prezidenti və baş naziri Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümü ilə təbrik ediblər.
A.Gül təbrik teleqramında Azərbaycan-Türkiyə münasibətlərin səviyyəsini yüksək qiymətləndirərər Azərbaycan Prezidentini Türkiyəyə rəsmi səfərə dəvət edib.
Türkiyənin baş naziri öz növbəsində müraciətində qeyd edib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2011-ci il oktyabrın 25-də İzmirdə keçirilən birinci iclası və 2012-ci ildə Bakıda təşkil edilməsi nəzərdə tutulan ikinci toplantısı əlaqələrimizin səviyyəsinin göstəricisidir.
“Azərbaycan bölgədə ən mühüm strateji tərəfdaşımızdır və ölkənizin uğurları ilə qürur duymaqdayıq”, - deyə Ərdoğan bəyan edib. Bununla yanaşı o ikitərəfli, həm də regional məsələlərin həllində Türkiyə və Azərbaycan qarşılıqlı əlaqəni davam etdirəcəyinə ümid etdiyini bildirib.