24-25 may 2012-ci il tarixlərdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları tərəfindən ölkənin müxtəlif regionlarında aparılmış yoxlamalar nəticəsində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan bir neçə miqrant saxlanılıb.
DMX-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər və Nərimanov rayonlarının ərazilərində fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 11 əcnəbi, Biləsuvar rayonunda qeyri-qanuni küçə ticarəti ilə məşğul olan 4 əcnəbi vətəndaş saxlanılıb.
Onların barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.