“Moody's Investors Service” Beynəlxalq reytinq agentliyi Azərbaycanın yüksək maliyyə sabitliyinin səviyyəsini qeyd edir.
Bu qiymətləndirmə “Moody's”-in Azərbaycan üzrə illik kredit hesabatında saytında dərc edilib.
Agentlik xarici aktivlərin mühüm ehtiyatları və hökumətin güclü balansı sayəsində Azərbaycan hökumətinin maliyyə sabitliyinin yüksək səviyyəsini qeyd edir. Bu isə çox az borc yükü ilə (2011-ci ilin sonunda borcun ÜDM-yə nisbəti 10,5% təşkil edib) və 1,1% səviyyəsində çox əlverişli faiz dərəcəsi ilə səciyyələnir.
“Azərbaycan həmçinin əlverişli borc strukturuna malikdir”, - dey hesabatda bildirilir.
Agentliyin məlumatına görə, ölkənin 90%-dən çox birbaşa dövlət borcu ən yaxın beş il ərzində ödəmə müddəti ilə borc olmadan ən azı 10 il müddət üçün hesablanıb. “Bundan başqa, 2011-ci ilin sonu üçün $40 mlrd. həcmində xarici aktivlər və $4,8 mlrd. xarici borc Azərbaycanın xalis kreditor mövqeyini güclü edir”, - deyə hesabatda qeyd edilir.
“Moody's” vurğulayır ki, Azərbaycanın dövlət istiqrazlarının Baa3 səviyyəsində reytinqi xeyli dərəcədə ölkə hökumətinin son illərdə neft gəlirlərinin bumu ilə şərtlənən yüksək maliyyə güclərinə əsaslanır
Bununla yanaşı, agentlik qeyd edir ki, 2011-ci il ərzində $63,4 mlrd. məbləğində ÜDM-nin nominal həcmləri və iqtisadiyyatın məhdud diversifikasiyası ilə Azərbaycan iqtisadiyyatının
kiçik miqyaslarını qeyd edir. “Adambaşı ÜDM-in sürətlə artmasına baxmayaraq, iqtisadi artım neft sektorundakı dəyişikliklərlə bağlı zəif olaraq qalır”, - deyə hesabatda bildirilir.
Agentliyin ekspertləri hesab edirlər ki, Azərbaycanın iqtisadi və maliyyə hadisələri risklərinə həssaslığı çox aşağıdır.
“Moody`s” hesab edir ki, hökumətin əhəmiyyətli maliyyə vəsaitləri və güclü balans neftin ardıcıl olaraq aşağı düşən qiymətlərinə qarşı əhəmiyyətli bufer yaradır. Bundan başqa, bank sisteminin (ÜDM-in təxminən 34%-i) kiçik ölçüsü ilə əlaqədar şərti öhdəliklərin nisbi yoxluğu, həmçinin dünya maliyyə bazarlarına məhdudlaşdırılmış inteqrasiya hökumətin suveren reytinqlərinə neqativ təsirə malik olan maliyyə sarsıntılarının riskini məhdudlaşdırır.