Çərşənbə axşamı Bakıda Azərbaycan Demokratik Respublikasının (ADR 1918- 1920 –İF – Az) xarici işlər nazirinin müavini Adil xan Ziyadxanlının “Avropada 3 aylıq bir səyahətim” kitabının yeni nəşrinin təqdimatı keçirilib.
“İnterfaks - Azərbaycan”agentliyinin müxbirinin tədbirdən xəbər verdiyi kimi kitabıln yenidən nəşr edilməsi ADR-nın yaradılmasının 94-cü ildönümünə həsr edilib.
“Kitabın müəllifi təkcə görkəmli diplomat deyil , həm də zamanının çox tanınmış hüquqşünası idi.Bu kitabın təkrar nəşri bizim hamımız üçün çox əhəmiyyətlidir”,- deyə təqdimat mərasimində akademik Vasim Məmmədəliyev bildirib.
Onun sözlərinə görə,kitabda gender mövzusuna toxunulur, xüsusilə dövlətçiliyin inkişafında qadınların rolu qeyd edilir.”Yaxşı olardı ki, müəllifin digər kitabı - “Azərbaycan” da yenidən nəşr edilsin”,- deyə akademik əlavə edib.
Kitabın təqdimatı “İrəli” Gənclər Təşkilatı və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyiu ilə baş tutub.