Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bəyan edir ki, Qərbdə başlanılan Azərbaycan əleyhinə kampaniya respublikanın siyasətinə təsir etməyəcək.
“Müxtəlif mətbu orqanlarında Azərbaycan əleyhinə yazılar dərc edildiyi az deyil, indi də ləkələmə kampaniyası bizim ölkəyə müsbət yanaşan parlament üzvləri və siyasətçilərə qarşı yönəldilib. Biz əminik ki, Azərbaycan əleyhinə kampaniya başlanıb”, - deyə spiker Milli Məclisin çərçənbə axşamı keçirilən iclasında bəyan edib.
“Lakin, vurğulamaq istərdim ki, Azərbaycan dövləti, onun Prezidenti bu gün müstəqil siyasət aparır və heç kəs ölkəmizi dünyəvi və hüquqi inkişaf yolundan döndərə bilməyəcək”, - deyə o bildirib.
Bununla əlaqədar spiker mayın 24-də Avropa Parlamentinin Azərbaycan barəsində tənqidi xarakter daşıyan tələsik qətnamə qəbulunu pisləyib.
“Mən bütövlükdə bu qətnamənin qəbulunu pisləyirəm və hesab edirəm ki, onun qəbul edilməsi səbəblərindən biri Azərbaycanın inkişafına və müstəqil siyasətinə olan qısqanclıq hissidir. Tam əminliklə bəyan edirəm ki, bu qətnamənin qəbulunun arxasında Azərbaycana qarşı qüvvələr, həmçinin erməni lobbisinin təsiri altına düşən Avropa Parlamentinin nümayəndələridir”, - deyə o vurğulayıb. Spiker xatırladıb ki, cavab olaraq Avropa Parlamentinin sədrinin ünvanına məktub yazaraq qəbul edilən sənədin qərəzli xarakter daşıdığını qeyd edib.
O.Əsədov vurğulayıb ki, Azərbaycan Avropaya və Avroatlantik məkana daima inteqrasiyaya təşəbbüs edərək “hər dəfə müqavimətlə qarşılaşır”.
“Bu bizdə böyük təəssüf hissi doğurur”, - deyə O.Əsədov bildirib.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycana ünvanlanan tənqid ölkənin Avropa institutları ilə əməkdaşlıq, həmçinin Bakıda 42 Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi fonunda səslənir.
“Lakin dostlarımızı bu tədbir sevindirdiyi qədər, Azərbaycana qarşı qüvvələrdə narahatlıq döğurub. Biz, Azərbaycanın inkişafına qısqanclığın ifadəsi olaraq bütün bunların mətbuat səhifələrində çıxışlardan şahidi olduq”, - deyə spiker qeyd edib.