Bakı bazarlarında aprel ayında tikinti materiallarının qiymətləri mart ayi ilə müqayisədə dəyişməyib.Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin saytında məlumat verilir.
“Araşdırmalar göstərib ki, 2012-ci ilin aprel ayında tikinti materialları 2011-ci ilin aprel ayı ilə müqayisədə 1% ,2012-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 0,1% bahalaşıb”,- deyə məlumatda bildirilir.
Birliyin məlumatına əsasən,cari ilin aprel ayında Bakı bazarlarında 87 çeşidddə tikinti materialının qiymətləri izlənilib, bunlardan 53,1% yerli istehsalın payına düşüb.
2012-ci ilin aprel ayında mişar daşının (11,1%), çınqılın(12,5%), qumun (5,7%) qiymətlərində artım qeydə alınıb.
Bu dövrdə taxta –şalbanın (2,1%), DVP (dikt)- (2,9%), şüşənin (6,7%), sink təbəqənin (2,5%),şvellerin (1,5%), metal boruların (0,9%) qiymətlərində azalma müşahidə olunub.
Tikinti materiallarının digər çeşidləri üzrə qiymətlər aprel ayında sabit qalıb.