Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 42 narkoman və narkotik maddə alverində şübhəli bilinən 1 nəfər saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ümumilikdə, narkomanlardan 18,62 qram marixuana, 3,095 qram heroin, 4,28 qram tiryək aşkar edilərək götürülüb.
Keçirilən əməliyyatlar nəticəsində narkotik maddələrin satışında şübhəli bilinən şəxsdən 135 qram heroin aşkar edilib.