Ötən həftə Azərbaycanda 53 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 27 nəfər həlak olub, 78 nəfər yaralanıb. Bu barədə çərşənbə axşamı "İnterfaks-Azərbaycan" agentliyinə respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən ağır qəzalardan biri Şəmkir rayonunda baş verib. Avtobusun kanala düşməsi nəticəsində altı nəfər həlak olub, bir nəfər bədən xəsarətləri alıb. Cəlilabad rayonunda "Mercedes" markalı avtomobilin və traktorun toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb. Bakı şəhərinin Xəzər rayonunda "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnib. Qaradağ rayonunda "Hyundai" markalı avtomobilin aşması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb. Bakının Binəqədi rayonunda "Opel" markalı avtomobilin və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü həlak olub.