“Azərsu”ASC Qəbələ və Şamaxı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə podratçını müəyyənləşdirib.Bu barədə cəmiyyətin məlumatında bildirilir.
Su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər Dünya Bankının (DB) “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində ayrılan kredit hesabına həyata keçiriləcək.
“Tenderdə 6 şirkət iştirak edib.Lakin təklifi ən səmərəli hesab olunan Almaniyanın PWT Wasser -und Abwassertechnik Gmbh şirkəti tenderin qalibi elan edilib”,- deyə məlumatda qeyd edilir.
İşlərin yerinə yetirilməsi üçün şirkətlə müqavilə bağlanıb.
Xəbər verildiyi kimi,2007-ci ildə DB Azərbaycana paytaxtın və ölkə regionlarının su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün $230 mln. məbləğində birinci krediti təqdim edib.Bu layihənin həyata keçirilməsi üçün $80 mln . məbləğində vəsait isə Azərbaycan Hökuməti tərəfindən ayırır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank 44 lahiyənin həyata keçirilməsi üçün $3 mlrd. məbləğində kredit ayırıb.Respublikada 20 layihə üzrə bankın cari portfeli $2,3 mlrd. təşkil edir.