Şəmkir rayonunda Türkiyə vətəndaşı ölümlə nəticələnən iki qəza törədib .Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə çərşənbə günü DİN Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Birinci hadisədə Türkiyə vətəndaşı İslam Kavunçuoğlunun idarə etdiyi buldozer rayon sakini Ramin İbrahimovu vurub. Hadisə ölümlə nəticələnib. İkinci hadisə zamanı “Niva”markalı avtomobil Türkiyə vətəndaşı Əli Başakın idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub . Nəticədə “Niva”nın sürücüsü müxtəılif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Hər iki fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.