Mayın 31-dən iyunun 5-nə qədər Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək .Bu barədə “İnterfaks- Azərbaycan”agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mədəniyyət Günləri çərçivəsində Kiyev və Odessa şəhərlərində Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbirlər keçiriləcək.F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının ,eləcə də gənc muğam ifaçılarının çıxışlarından ibarət konsertlər təşkil olunacaq.
Bundan başqa,fotosərginin , eləcə də Azərbaycanın turizm potensialını əks etdirən sərgi keçiriləcək
Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrı Azərbaycan dramaturqu M.F.Axundzadə məşhur “Müsyö Yordan və Dərviş Məstəli şah” komediyasının motivləri əsasında hazırlanmış tamaşanı ukraynlı tamaşaçılara nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir.