Bu il ümumi təhsil məktəblərini 92 mindən çox şagird bitirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
2011-2012-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış siniflərini 92,178 min şagird bitirir, ötən il bu göstərici 97,653 min nəfər təşkil edib.
2011-ci ildə məktəblərin qiyabi və axşam şöbələrinin XII sinfini 442 şagird başa vurubsa, bu il onların sayı 786 nəfərə çatır; Bakı şəhərindəki məktəblərin XI sinfini 24,285 min, IX sinfini isə 33,977 min şagirdin bitirir.
2011-2012-ci dərs ilində Azərbaycanda I sinif şagirdlərinin sayı 125,807 min nəfər, ötən il 120,420 min nəfər təşkil edib; 2012-2013-cü tədris ilində onların sayı 130,454 min nəfər olacaq.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 99,924 min tələbə təhsil alır. Onlardan 91,652 min nəfərini bakalavr, 8,272 nəfərini isə magistrantlar təşkil edir; özəl ali təhsil müəssisələrində 18,689 min bakalavr, 926 magistrant (19615 tələbə) təhsil alır.