Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanın vahid seçicilər siyahısının tərtib edilməsi prosesinin yekunlarını elan edib.Bu barədə “İnterfaks - Azərbaycan”agentyliyinin müxbiri komissiyanın iclasından məlumat verir.
“Azərbaycanda 4 mln.922,6 min seçicinin səsvermə hüququ var.Bu keçən ilki göstəricidən
48,598 min çoxdur”,- deyə MSK-nın sədr müavini Natiq Məmmədov çərşənbə günü jurnalistlərə bildirib.
MSK və KİV nümayəndələri MSK katibliyinin İnformasiya Mərkəzində ölkə seçicilərinin yenilənmiş vahid seçicilər siyahısı ilə həmçinin, seçici siyahılarının cap edilməsi və saxlanma şəraiti ilə tanış olublar.Siyahılar dəqiqləşdirildikdən sonra dairə seçki komissiyalarına(DSK) geri qaytarılacaq.
N.Məmmədov jurnalistlərə bildirib ki, vahid seçicilər siyahısının nəşri dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.