2012-ci il iyunun 4-də saat 14.00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Neft hasilatı və neft servisində innovasiyalar. Neft servisi bazarında yeni oyunçu – “RU-Energy Group” Azərbaycana nə təklif edə bilər: 1. “RU-Energy Group” Azərbaycandan mütəxəssisləri işə, neft-qaz ali məktəblərinin tələbələrini - təcrübə keçməyə dəvət edir; 2. “RU-Energy Group” neft servis - SOCAR və Azərbaycan Respublikasının digər neftçıxarma şirkətləri üçün”.
İştirakçılar:
1. Fuad Rzayev, SOCAR-ın Təchizat idarəsinin baş mütəxəssisi;
2. Azad Babayev, Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının energetika strategiyası və yanacaq-energetika kompleksinin inkişafı üzrə Komitəsinin üzvü, “RU-Energy Group” neft şirkətinin prezidenti;
3. Məhəmməd Xəlilov, “RU-Energy Group”-un istehsalat və innovasiyalar üzrə vitse-prezidenti;
4. Yelena Kaşinova, “RU-Energy Group”-un kadr siyasəti şöbəsini rəisi.
Xüsusi qonaq - Toqrul Bağırov, BMT-nin energetika üzrə eksperti.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi yeni binada aşağıdakı ünvanda yerləşir: İçərişəhər, V.Mustafazadə küç. 6/10, “Sahibtac” biznes-mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07