Qəbələ rayonunda 15 yaşadək futbolçular arasında keçirilən Beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimi olub.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinin regional müxbiri cümə günü xəbər verib.
“Qəbələ”yerli futbol klubunun prezidenti Tale Heydərov respublikada bu idman növünün inkişafında uşaq futbolunun rolunu qeyd edərək deyib ki,bu müəyyən infrastruktur inkişaf etmədən mümkün olmazdı.T.Heydərov bildirib ki,2013-cü ildə rayonda uşaq futbol məktəbiniun meydançasının,2014-cü ildə isə əsas stadionun istifadəyə verilməsi gözlənilir.
Sonra turnirin birinci oyunları baş tutub.”Qəbələ”-“Qalatasaray” qarşılaşması 2:0 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.”Qarabağ” 0:1 hesabı ilə”Feyenord”komandasına məğlub olub,”Bröndbü”-“Vilyareal” qarşılaşması 1:0, ”Levante”-“Serbiya”qarşılaşması 1:2 hesabı ilə nəticələnib.
Turnirin proqramına əsasən,cümə günü yarımfinal oyunları,bazar günü isə həlledici qarşılaşma keçiriləcək.