Rusiyanın “Novomet” şirkətlər qrupu Azərbaycanda servis mərkəzi açıb.Bu barədə şirkətin məlumatında bildirilir.
“Novomet” xarici bazarlarda öz yerini gücləndirməkdə davam edir.Bununla əlaqədar , şirkət Azərbaycanda “Novomet-Servis”MMC firma servis mərkəzi şəbəkəsinə daxil olan Rusiya ərazisində və MDB ölkələrində yeddinci servis mərkəzini açıb”,- deyə məlumatda qeyd edilir.
“Novomet” 2007-ci ildən Xəzər regionuna neft hasilatı üçün dalma avadanlığının satışını və avadanlığın təmiri üzrə servis xidməti həyata keçirir .
Hazırda Azərbaycan ərazisində şirkətin məhsullarının əsas istehlakçıları quru yataqlarının işlənməsi ilə məşğul olan “Absheron Operating Company Limited”, “Karasu Operating Company Limited” şirkətləridir
.”Novomet”şirkətlər qrupu mexanikləşdirilmiş neft hasilatı üçün avadanlıq istehsal edir, supervayzinq və digər servis xidmətləri üzrə ixtisaslaşır.