Heç kim buraxılış imtahanlarının nəticələrinə təsir göstərə bilməz.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) sədri Məleykə Abbaszadə belə bəyan edib
“Mənə belə xəbərlər çatıb ki, bir çox məktəb direktorları şagirdləri əmin edirlər ki,”hər şey yaxşı olacaq”.Amma mən rəsmən bildirirəm ki,nə direktor , nə başqa birisi heç bir vəchlə məktəblərdə buraxılış imtahanlarının nəticələrinə təsir göstərə bilməz”.- deyə o cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə,buraxılış imtahanlarında test sualları çox çətin olmayacaq. Kafi qiymət almaq üçün verilən sualların yarısına cavab vermək kifayətdir Riyaziyyat və ana dili fənlərinin hər biri üzrə verilən 30 suala cavabla yanaşı şon sinif şagirdləri sual vərəqinin arxa tərəfində göstərilmiş 4 mövzudan biri üzrə bir səhifəlik inşa yazmalıdırlar.İmtahana 2 saat vaxt ayrılır.
May ayında zəlzələdən zərər çəkmiş məktəblərin şagirdlərinin imtahanlardan azad edilməsi məsələsinə toxunan M.Abbaszadə bildirib ki,Zaqatala rayonunun bütün məktəblərinin,Qax rayonunda 9 kəndin, Balakən rayonunda 3 kəndin məktəblərinin şagirdləri buraxılış imtahanlarından azad olunublar.
TQDK ilk dəfə məktəblərdə buraxılış imtahanları aparacaq. İlk buraxılış imtahanı iyunun 2-də və 3–də Bakı şəhərində olacaq. İyunun 2-də 11-ci sinif, iyunun 3- isə 9-cu sinif şagirdləri imtahan verəcəklər.
Eyni gündə Gəncə,Sumqayıt,Mingəçevir,Yevlax, Lənkəran,Quba,Qusar,Xaçmaz məktəblərinin rus bölməsi şagirdləri də imtahan verəcək.