Yol hərəkəti qaydalarını pozan piyadalar üçün cərimənin məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimənin məbləğinin 10 manatdan 20 manatadək artırılması nəzərdə tutulur.