Azərbaycan Beynəlxalq Bankı (ABB) bazar ertəsi 100 mln. 2 manat məbləğində səhmi əlavə emissiyadan yerləşdirməyə başlayıb.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Xəbər verildiyi kimi, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 41,7%- 340 mln.2 manatadək artacaq.
“ABB ASC-nin əlavə emissiya səhmləri BFB-nın qeyri - kotirovka vərəqinə daxil edilib.Bank 2012-ci il iyunun 4-dən səhmlərin yerləşdirilməsinə başlayır”,- deyə BFB-nın nümayəndəsi bildirib.
Əlavə emissiya bir qiymətli kağızın dəyəri 0,24 manata bərabər olan 416 mln.666,675 min səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsində anderrayter rolunda “İnternational Transaction Systems” çıxış edəcək
Hazırda bankın nizamnamə kapitalı 240 mln. manata bərabərdir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.