Azərbaycan İslam Ümmətinin ayrılmaz hissəsidir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edərkən bildirib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər dünyada artmaqda olan İslamofobiya məsələsi ilə bağlı ciddi narahatlıqlarını bölüşüb və bununla birgə mübarizə aparılmasının vacibliyini qeyd ediblər. Bundan başqa, islam ölkələrinin üzləşdiyi problemlər, Əfqanıstanda və dünyanın digər regionlarında təhlükəsizliyin təmin olunmasına Azərbaycanın töhfəsi, Bakı və İƏT arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib.
Həmin gün E.Məmmədyarov Azərbaycana ilk rəsmi səfərə gəlmiş andorralı həmkarı Gilbert Saboya Sunye ilə görüşdə turizm, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edib.