Azərbaycan Hökuməti uzunmüddətli qaz strategiyası hazırlayır.Ölkə Prezidenti İlham Əliyev çərşənbə axaşamı Bakıda “Caspian Oil&Gas-2012” Beynəlxalq sərginin açılışında belə bəyan edib.
“Biz enerji siyasətimizin inkişafında müəyyənedici nöqtəyə gəlib çatmışıq ,”Şahdəniz”yatağının işlənməsi üzrə Mərhələ -2 layihəsinin işə başlamasına az qalıb.Digər yataqılardan qaz hasilatı gözləyirik.Bununla əlaqədar biz praktiki olaraq uzunmüddətli strategiya hazırlamılşıq”.- deyə Prezident bildirib.
O qeyd edib ki, neft və qaz istehsalının hazırki həcmi bundan sonra bir –neçə on il uğurlu inkişaf etmək üçün Azərbaycana kifayətdir.”Biz öz enerji təhlükəsizliyimizi təmin etmişik və hər hansı yeni təşəbbüslərə ehtiyacımız yoxdur, lakin Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olaraq biz regional inkişaf üzrə müəyyən addımlar atmalıyıq və bizə dost olan ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik.Bununla biz öz iqtisadiyyatımızı gücləndirmiş oluruq”,- deyə dövlət başçısı söyləyib.
XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012” sərgisi Bakıda iyunun 5-dən 8-nə qədər küeçiriləcək. Bu çərçivədə 6-7 iyunda təşkil olunacaq Caspian Oil&Gas konfransının işində 500-dən çox nümayəndənin iştirakı gözlənilir.Konfrans iştirakçıları dünya enerji bazarında müasir tendensiyaları və dünya bazarında Xəzər regionunun rolunu müzakirə edəcəklər.
Bundan başqa,iyunun 5-8-də 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji – “Caspian Power 2012” sərgisi keçiriləcək.