Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranla min illərlə mövcud olan dərin əlaqələri nəzərə alaraq bu ölkə ilə münasibətlərdə gərginliyin tez bir zamanda azalacağına ümid edir.
"Biz həmişə normal, yaxşı, mehriban qonşuluq münasibətlərinin yaradılmasına tərəfdarıq və mən əminəm ki, biz buna nail olacağıq", - deyə nazir çərşənbə axşamı brifinqdə bildirib.
Bununla yanaşı, E.Məmmədyarov deyib ki, Azərbaycan mayın əvvəlində Tehranda naməlum şəxslər tərəfindən müəyyənləşdirilməmiş şəraitdə saxlanılmış iki gənc Azərbaycan şairinin qaytarılması istiqamətində diplomatik səyləri davam etdirir.
"Bizim Tehrandakı səfirimiz hazırda İranın Xarici İşlər Nazirliyində görüşlər keçirir, bununla yanaşı, Təbrizdəki baş konsulumuz bu məsələni gündəlik əsasda İran hakimiyyəti qarşısında qaldırır. Ümid edirik ki, İran tərəfi Vyana konvensiyasının tələblərindən irəli gələrək, nəinki vətəndaşlarımızın saxlanılması səbəblərini izah edəcək, həm də konsulumuzun hazırda istintaq təcridxanasında olan şairlərlə ünsiyyət yaratmasına imkan verəcək", - deyə XİN başçısı qeyd edib.