Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə "Cənub qaz dəhlizi" layihəsinin tərkib hissəsi olacaq Trans-Anadolu qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivini müzakirə edib.
"Biz bu sahədə əməkdaşlığımızın alqoritmi üzrə fikir mübadiləsi apardıq. Amma bir çox məqam hazırda Türkiyə ilə aparılan danışıqlardan asılıdır və bu danışıqların səmərəli olması və bizim bu layihənin reallaşdırılmasına qoşula bilməyimiz üçün ciddi əsas yaratması olduqca vacibdir", - deyə o, çərşənbə axşamı Bakıda keçirilən brifinqdə söyləyib.