Azərbaycan və Ukraynanın xarici işlər nazirləri çərşənbə axşamı Bakıda ikitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə ediblər .
“Biz görüş zamanı bir daha təsdiq etdik ki, Azərbaycan və Ukrayna arasında münasibət strateji tərəfdaşlıq xarakteri daşıyır.Biz bu gün qarşılıqlı maraq döğuran bir sıra məsələləri müzakirə etdik”,- deyə Azərbayxan XİN başçısı Elmar Məmmədyarov çərşənbə axşamı brifinqdə bildirib.
“Mən Ukraynanın xarici işlər nazirinə Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi ilə bağlı vəziyyət barədə məlumat verdim.Nəzərə alsaq ki, Ukrayna gələn il ATƏT-ə sədrlik edəcək, biz Azərbaycanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini ətraflı izah etmək qərarına gəldik”,- deyən XİN başçısı Ukraynanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həlli yolunda müəyyən irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.
E.Məmmədyarov söyləyib ki, danışıqlar zamanı Bakı və Kiyev arasında ticarət- iqtisadi . humanitar, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.”Biz bütün bu istiqamətlərdə müvafiq ikitərəfli məsləhətləşmələr aparmaq barədə razılığa gəlmişik”,- deyə o bildirib.
“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri- daimi üzvüdür və bir sıra qlobal məsələlərin, münaqişəli vəziyyətlərin həllinə cəlb edilib, eyni zamanda gələn il Ukrayna ATƏT-ə sədrlik etməyə hazırlaşır.Təbiidir ki, Qarabağ münaqişəsinin nizamlanması mövzusu bizim üçün prioritetdir və buna görə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın fikirlərini eşitmək mənə vacib idi “.- deyə Ukraynanın XİN başçısı Konstantin Qrişenko söyləyib.
Nazir bildirib ki, o həmçinin Azərbaycanlı həmkarı ilə Azərbaycan və Ukrayna Prezidentlər Şurasının növbəti iclasına və bu çərçivədə Azərbaycan Prezidentinin Kiyevə səfərinə hazırlıq məsələlərini müzakirə edib.K.Qrişenkonun sözlərinə görə,o E.Məmmədyarovla Azərbaycan Prezidentinin Ukraynaya səfəri zamanı imzalanacaq bir sıra sənədləri də müzakirə edib.
“Gündəlikdə bir sıra böyük layihələr var ki, bizim hökumətlərimiz onların reallaşması üzərində işləyirlər”.- deyə nazir əlavə edib.