Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İngiltərə lordları ilə gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, nazir Lord Muhamed Şeyx, Lord Patel, Lord Risby və Lord Dykeslə görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər və London Yay Olimpiya oyunlarına hazırlıq barədə məlumat verib.
Bununla yanaşı, hər iki ölkənin gənclər təşkilatlarının daha sıx qarşılıqlı əməkdaşlığı, İngiltərədə təhsil alan azərbaycanlı tələbələr üçün Lordlar palatasında bir sıra görüşlərin keçirilməsi kimi təkliflər irəli sürülüb.
Görüşdə Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə və Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.