Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Avropanın bir sıra siyasi liderlərinin Ukrayna şəhərlərində keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarını baykot etmək barədə bəyanatlarını yersiz hesab edir.
“Siyasətlə idmanı qarışdırmaq düzgün deyil.Buna görə biz düşünürük ki, xarici siyasi xadimlərin “Avro- 2012” oyunlarına gəlmək qərarları birinci növbədə ümumavropa futbol bayramında milyonlarla digər azarkeşlərə qoşulmaq və öz komandalarını dəstəkləmək istəyinindən irəli gələcək”,- deyə K.Qrişenko “İnterfaks - Azərbaycan”agentliyinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki,Ukrayna “Avro-2012”-nin yüksək səviyyədə keçməsi üçün mümkün olan hər şeyi edəcək.
“Biz “Avro-2012”nin unudulmaz futbol bayramı olması üçün hər şey etmişik və mən yalnız Ukrayna və Polşa üçün deyil, bütün Avropa üçün əlamətdar olan bu hadisənin uğurlu olacağına inanıram”,- deyə o bildirib
XİN başçısı bildirib ki, ölkə xarici qonaqları qarşılamağa tamailə hazırdır.
“Avro-2012”-yə hazırlaşarkən Ukrayna həqiqətən nəhəng işlər görüb.Biz qonaqları qarşılamağa hazırıq və sadə azarkeşdən tutmuş dövlət başçısına qədər hər kəsin gəlişinə şad olacağıq”.- deyə K.Qrişenko vurğulayıb.