Ukrayna xarici işlər naziri Konstantin Qrişenko əmindir ki,Azərbaycan dioaspora fəalının qətl hadisəsinin üstü açılacaq, gühnahkarlar cəzalandırılacaq.
“Bildiyiniz kimi,bu yaxınlarda Ukrayna Təhlükəsizlik Xidməti Dnepropetrovskda törədilən terror aktınında şübhəli bilinən şəxsləri saxlayıb.Mən əminəm ki, İqbal Mahmudovu qətlə yetirənlər də tez və ya gec tapılacaq və Ukrayan ədalət məhkəməsi qarşısında ən sərt qaydada cavab verməli olacaqlar”,- deyə K.Qrişenko “İnterfaks -Azərbaycan”agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə,Ukrayna hüquq mühafizə orqanları bu fakt üzrə ətraflı araşdırma aparır və istintaqın gedişi barədə konkret nəsə söyləmək hələ ki, tezdir.
“Ukrayna azərbaycanlıları Konqresinin” Donetsk Vilayət Təşkilatının sədri İqbal Mahmudov mayın 9-da Makkeyevkada Böyük Vətən Müharibəsi veteranları ilə görüşdə odlu silahdan açılan 5atəş nəticəsində qətlə yetirilib .Qatil hadisə yerindən qaçaraq gizlənə bilib.